Yuxarı

Rusiyanın Azərbaycana qarşı oyunu... - Qonçar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Azərbaycana qarşı oyunu... - Qonçar

Rusiya "Azərbaycana qarşı çoxölçülü zərərvericilik" siyasətinə keçib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu "Strategiya XXI" Qlobalistika Mərkəzinin prezidenti Mixail Qonçar Rusiya hərbçilərinin Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib.

Onun fikrincə, Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlar "acizlikdən doğan qisas" aksiyalarıdır.

Qonçarın sözlərinə görə, Azərbaycan Avropa Birliyinin qaz bazarında iştirakını artırır və Moskva buna qarşı heç nə edə bilməyəcək.

Bununla yanaşı, o vurğulayıb ki, bu gün Azərbaycan güclü mövqedədir və bunu hiss edir, çünki ölkənin enerji daşıyıcılarına maraq, o cümlədən ABŞ şirkətlərinin marağı yalnız və yalnız artır.

"Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. ABŞ-nin “Exxon Mobil” şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməmiş "Qarabağ" qaz yatağına maraq göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan zərbəyə davam gətirəcək", - politoloq vurğulayıb.

Tarix
2025.08.12 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla