Yuxarı

Rusiya helikopteri Amerika raketi ilə vurulub - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya helikopteri Amerika raketi ilə vurulub - Yeniləndi

21:43

Suriyanın Palmira şəhərində hökumət qüvvələrinə məxsus helikopterin sınaq uçuşu zamanı terrorçular tərəfindən vurulması nəticəsində 2 rus pilot həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə ilə bağlı ətraflı informasiya verilməyib.

Qeyd edək ki, az öncə Rusiya hərbi helikopterinin Palmira yaxınlığında vurulduğu barədə xəbəri Rusiya MN təkzib etmişdi.

22:08

Suriyanın Palmira şəhərində Mİ-25 helikopterinin İŞİD terrorçuları tərəfindən vurulduğu məlum olub.

Terrorçuların mövqelərini bombalayan helikopterin mərmisi bitdikdən sonra geri qayıtmağa çalışıb. Elə bu zaman helikopter terrorçular tərəfindən raketlə vurulub.

Helikopterdə həlak olan rus pilotlar Riyafaqat Kabibulin və Yevgeni Dolqindir.

00:18

Suriyanın Palmira şəhərində İŞİD tərəfindən hədəf alınan Mi-25 helikopterinin ABŞ istehsalı olan TOV raketi ilə vurulduğu məlum olub.

"İnterfaks" yaydığı məlumata görə, helikopterin hədəfə gəlməsinə səbəb onun alçaqdan uçması olub.

Tarix
2016.07.10 / 00:18
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla