Yuxarı

Ukrayna Rusiya hücumunu bu cür dayandırdı: tanklar batdı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiya hücumunu bu cür dayandırdı: tanklar batdı...

Avropa Birliyi özünü Rusiyanın potensial işğalından qorumaq üçün şərq sərhədi boyunca bataqlıq əraziləri bərpa etmək imkanlarını fəal şəkildə araşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Məlumata görə, bu yanaşma müdafiə və iqlimin qorunması olmaqla iki əsas prioriteti birləşdirir.

Bataqlıqların bərpası ideyası isə Ukrayna təcrübəsinə əsaslanır. 2022-ci ilin fevralında rus qoşunları Kiyevə doğru hərəkət edərkən, ukraynalı hərbi ekspert Aleksandr Dmitriyev İrpen çayında bəndin dağıdılması təşəbbüsü ilə çıxış etdi və sovet dövründə qurudulmuş bataqlıq “bərpa edildi”.

Nəticədə rus qoşunlarının şimaldan irəliləməsi dayandırıldı və dünya mediası palçıqda qalan tankların görüntülərini paylaşdı.

Hərbi ekspert Dmitriyev daha sonra prinsipcə bu addımın Rusiyanın şimaldan hücumunu dayandırdığını bildirdi.

İndi isə Ukraynanın bu təcrübəsi NATO-nun şərq cinahında yerləşən ölkələri bənzər tədbirlər görməyə ruhlandırır. Mütəxəssislərin fikrincə, bataqlıqların bərpası təbii müdafiə səddi yaratmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizəyə də kömək edəcək.

Tarix
2025.08.28 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla