Yuxarı

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

Azərbaycanla Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Son yüksək səviyyəli görüşlər bir daha təsdiq edir ki, ölkə arasındakı münasibətlər yeni mərhələdə uğurla davam etdirilir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Szinpinlə keçirdiyi görüş haqda qeyd edib.

O bildirib ki, ölkələr arasındakı strateji münasibətlər iqtisadi əlaqələrin daha da dərinləşməsinə gətirib çıxarıb:

“2024-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxalımızın 17,7 faizi sözügedən dövlətin payına düşüb. Bu isə o deməkdir ki, idxalda Çin Azərbaycanın ən böyük tərəfdaşıdır.

Vacib məqamlardan biri Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir. Azərbaycanla Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətlənib. Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılır. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyon tondan 5 milyon tona çatdırılır.

Azərbaycanla Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verməkdədir. 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45 minə çatıb. Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib. Bu ilin ilk 7 ayında isə bu rəqəm 40 minə çatmaqdadır.

Beləliklə, ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək üçün böyük potensial var”.

Tarix
2025.08.31 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?

Cəmil Həsənli sərbəst buraxıldı - Təcili

Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat

Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı

Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq

Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir

Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

Bakı və Varşava məsləhətləşmələr aparacaq

Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla