Yuxarı

“Saat 10-dan tez işə başlamaq işgəncədir” - Araşdırma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Saat 10-dan tez işə başlamaq işgəncədir” - Araşdırma

Oksford Universitetindən olan tədqiqatçı Paul Kelley səhər saat 10-dan tez işə başlamağın nə qədər çətin olduğu iddialarını elmi üsullarla sübut etməyə nail olub.

Vebaz.az xəbər verir ki, Kelleyin sözlərinə görə, 55 yaşdan əvvəl insanların bioloji saatları normal 8-9 saatlıq iş rejimi ilə tamamilə əksdir və bu da onların fəaliyyətləri, əhval və mənəvi sağlamlıqları üçün ciddi təhlükə yaradır.

Həm iş yerləri, həm də təhsil müəssisələri..

Kelleyin fikrincə, ümumdünya iş saatlarında qlobal dəyişikliklərə getmək lazımdır.

"Bu, təkcə iş saatlarına aid deyil, şagirdlərin də məktəb saatlarına aid edilməlidir. Tədqiqatlar göstərib ki, 10 yaş kateqoriyasında olan uşaqların əksəriyyəti çox erkən saatlarda dərslərin başlamasına görə, diqqət dağınıqlığı kimi problemlər yaşayır və pis nəticələr göstərir. Ən yaxşı təhsil nəticələri isə dərsə 11-dən sonra başlayan uşaqlarda müşahidə edilib".

Kelley hesab edir ki, şagirdlərin dərsə günün ikinci yarısından etibarən başlaması onların qat-qat daha məhsuldar olmalarına dəlalət edə bilər:

"Hər kəs yuxuludur. Ümumilikdə biz yuxulu bir cəmiyyət əldə edirik. Bu isə hər birimizə fiziki və mənəvi təsir göstərir. Biz gün ərzində özümüzü əzgin, yorğun hiss edir, bəzi hallarda buna görə əsəb gərginliyi də keçirə bilirik. Bu qlobal məsələdir. Hər kəs əziyyət çəkir və heç kim bu məsələni həll etmir".

Tarix
2016.07.13 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla