Yuxarı

HƏMAS təsdiqlədi: Dohada onlar öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
HƏMAS təsdiqlədi: Dohada onlar öldürüldü

17:21

Qətərin paytaxtı Dohada baş verən partlayış HƏMAS rəsmilərinə qarşı sui-qəsd cəhdi olub.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

İsrail ordusunun məlumatına görə, hədəf alınan şəxslər uzun illərdir HƏMAS-ın rəhbərliyində yer alıblar və 7 oktyabr qətliamının təşkilində, eləcə də İsrailə qarşı aparılan müharibənin idarə olunmasında birbaşa məsuliyyət daşıyırlar.

Bildirilib ki, partlayış zamanı HƏMAS-ın bütün rəhbərliyi, o cümlədən Xalid Məşal, Musa Əbu Mərzuq, Hussam Bədran, Razi Həməd, Zahir Cabarin, Xəlil əl-Haya və Məhəmməd Dərviş qərargahda olub.

“Əl Hədat” nəşrinin məlumatına görə, HƏMAS-ın Qəzzadakı lideri, hərəkatın xaricdəki ofisinin rəhbəri və İordan çayının qərb sahilindəki radikal bölmələrin komandiri öldürülüb.

***

Dohada baş verən partlayışda danışıqlar aparan nümayəndə heyətinin rəhbəri və Qəzza zolağındakı hərəkatın lideri Xəlil əl-Haya da daxil olmaqla, HƏMAS Siyasi Bürosunun üzvləri sağ qalıb.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

***

HƏMAS İsrailin Dohaya endirdiyi zərbə nəticəsində həlak olanların danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvləri olması barədə xəbərləri təkzib edib.

Bu barədə qruplaşmanın bəyanatında deyilir.

“İsrailin Dohaya endirdiyi zərbə nəticəsində altı nəfər, o cümlədən Qəzzadakı HƏMAS liderinin oğlu Xəlil əl-Heyi həlak olub.

İsrailin zərbəsi HƏMAS-ı danışıqlarda mövqeyini dəyişməyə məcbur etməyəcək, lakin Netanyahunun sülh istəmədiyini sübut edir”, - deyə bildirilib.

Tarix
2025.09.09 / 21:40
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

Şirvan Kərimovun səlahiyyətlərinə xitam verildi

Hacıyev “Türkiyə”yə danışdı: İran böhranı ilə bağlı baxışımız...

Bakıdan imtina edən Talebə Kırıkovalıdan cavab

Ordumuzla üzbəüz mövqedə nələr var? - Erməni hərbçi

Rusiya azərbaycanlı diasporun obyektini məhv etdi - Foto

İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla