Yuxarı

Menendezin erməni arvadı 4,5 il həbs cəzasına məhkum edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Menendezin erməni arvadı 4,5 il həbs cəzasına məhkum edildi

ABŞ-nin ermənipərəst senator Bob Menendezin həyat yoldaşı Nadin Menendez (Arslanyan) Nyu-York dairəsinin hakimi tərəfindən 4,5 il həbs cəzasına məhkum edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, 58 yaşlı Nadin Menendez aprel biznes fəaliyyəti ilə əlaqədar və ya ərindən hüquqi yardım istəmək üçün Nyu-Cersi ştatından üç kişidən nağd pul, qızıl külçə və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinir. Ona qarşı ümumilikdə 15 maddə üzrə ittiham irəli sürülüb.

Prokurorlar xanım Menendezin ərinə mesajlar və rüşvət ötürməsində, həmçinin Misir rəsmiləri ilə görüşlərin təşkilində roluna görə azı 7 il həbs cəzasına məhkum edilməsini tövsiyə edib. Müstəntiqlər onun rüşvət cinayətində aparıcı fiqur olduğunu deyirlər.

Keçmiş senatorun özü də eyni cinayətlərə görə 11 il müddətinə azadlıqdan məhrum edilib, hökm bu il iyunun 17-dən qüvvəyə minib.

Xatırladaq ki, Bob Menendez 2020-ci ildə erməni əsilli Nadine Arslanyanla evlənib. Cütlük Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik mərasimlə bir araya gəlib. Arslanyan Livan əsilli ermənidir. Bob Menendez ikinci arvadının təsiri altında Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparıb.

Tarix
2025.09.11 / 22:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla