Yuxarı

İtaliyadan radikal islama qadağa – Qanun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyadan radikal islama qadağa – Qanun

Sağ qanaddakı İtaliyanın Qardaşları (FDL) Partiyasının lideri Giorgia Meloni radikal islamı qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Axar.az xəbər verir ki, qanun layihəsində din adı altında nifrət hissi yayanlar, nifrəti təşviq edənlər və onları maliyyələşdirənlərə 6 ilə qədər həbs cəzasının verilməsi nəzərdə tutulur.

Layihədə din dəyişmə, homoseksualizm, zina və dini təhqir etməyin ölümlə cəzalandırılmasını dəstəkləyənlər, işgəncə və digər cəzaların tətbiqini müdafiə edənlər, din azadlığına qarşı çıxanlar, köləlik və insan alveri edənlərin cəzalandırılacağı bildirilir.

Başqa dövlətlərdən, təşkilat və yaxud fərdi şəxslərdən yuxarıda sadalanan halları törətmək üçün maddi yardım alanlar üçün 5 ilə qədər həbs nəzərdə tutulub.

İtaliyanın Qardaşları Partiyasına yaxın "Sekolo d'İtalia" saytının məlumatına görə, qanun layihəsi vəhhabi və sələfi təriqətinin ölkədə yayılmaması üçün hazırlanıb.

Tarix
2016.07.15 / 14:55
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla