Yuxarı

Solovyov 340 milyon mənimsəyib – Araşdırma başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyov 340 milyon mənimsəyib – Araşdırma başladı

Rusiya İstintaq Komitəsi teleaparıcı Vladimir Solovyovun 340 milyon rubldan çox dəyəri olan daşınmaz əmlakı ilə bağlı araşdırmaya başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Razvedçik” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının diqqəti teleaparıcının “Solovyov Layf” media layihəsi ilə bağlı maliyyə axınlarını öyrəndikdən sonra onun şəxsi aktivlərinə yönəldilib:

“Kanalın fəaliyyətini dəstəkləmək üçün ayrılan vəsaitin bir hissəsinin qanunsuz mənimsənilməsi ehtimalı var. İlkin araşdırma zamanı məlum olub ki, Solovyov Moskvada bir sıra saxta şirkətin vasitəsilə qeydiyyatdan keçmiş bir neçə daşınmaz əmlaka malikdir. Bu aktivlərin ümumi dəyəri 340 milyon rubldan çox qiymətləndirilir. Hazırda İstintaq Komitəsi mümkün oğurluq və çirkli pulların yuyulması hallarını müəyyən etmək üçün bu şirkətlərlə kanalın maliyyə əməliyyatları arasında əlaqələri təhlil edir”.

Tarix
2025.09.16 / 15:22
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla