Yuxarı

Tetçer: “O 48 nəfərə yazığım gəlir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tetçer: “O 48 nəfərə yazığım gəlir”

Mühafizəkarlar Partiyasından Böyük Britaniyanın Baş naziri olmuş Marqaret Tetçer dünya tarixinə öz adını "Dəmir Ledi" kimi yazdırıb.

Axar.az xəbər verir ki, Tetçerin sitatları həmişə qadınların xüsusi maraq dairəsində olub.

Bunu əsas götürərək, xanım siyasətçinin sevilən sitatlarını təqdim edirik:

Güclü olmaq – bu, əsl xanım olmaq deməkdir. Əgər siz insanlara güclü olduğunuzu xatırladırsınızsa, bu, o deməkdir ki, siz güclü deyilsiniz.

Öz düşmənini çox yaxşı öyrənməlisən və yalnız bu halda o, nə vaxtsa sənin dostuna çevrilə bilər.

Ev qadın həyatının sərhədi deyil, mərkəzi olmalıdır.

Qadın öz xarakterini büruzə verəndə onun haqqında "ifritə" deyirlər, lakin kişi öz xarakterini göstərəndə onun haqqında "əla oğlan" ifadəsini işlədirlər.

Ola bilər ki, xoruz yaxşı banlayır, ancaq, hələ ki, toyuq yumurtlayır.

Əgər nə vaxtsa 48 nəfərə qarşı tək olsam, o 48 nəfərə yazığım gəlir.

Qarşındakı ilə ortaq dil tapmaq üçün onunla mütləq razılaşmaq vacib deyil.

Bu gün qadınların özlərini göstərmək üçün çox imkanları var - onlardan bəziləri hətta ölkələri idarə edir.

Məni tənqid edənlər Temza dalğalarında məni yeriyərkən görsəydilər belə deyərdilər: "Yəqin ki, o, üzə bilmir".

Ev işlərində problemlə üzləşən hər bir qadın, demək olar ki, dövləti idarəetmə məsələlərindəki problemləri başa düşür.

Mənə qarşı olan şəxsi hücumlara ancaq sevinirəm. Bu, o deməkdir ki, düşmənimin artıq heç bir siyasi arqumenti qalmayıb.

Mənə hansısa kişi haqqında fikir formalaşdırmaq üçün 10 saniyə kifayət edir, sonra isə bu fikir nadir hallarda dəyişir.

Bütün kişilər zəifdir, ən zəifləri isə centlemenlərdir.

Qadınlar kişilərdən daha yaxşı "yox" deməyi bacarır.

Ölkənin zənginliyi tək onun təbii resursları ilə bağlı deyil, zənginliyi bütün bu resurslar olmadan da əldə etmək olar. Ən vacib resurs insan özüdür. Dövləti insanların bacarıqlarını inkişaf etdirmək üçün qurmaq lazımdır.

Bizim qayğılarımızın 90%-i heç vaxt olmayacaq şeylərlə əlaqədardır.

Mən mübarizəni davam etdirirəm. Qələbə qazanmaq üçün mübarizə aparıram.

Cəmiyyət bizim düşündüyümüz kimi mövcud deyil: yalnız kişilər, qadınlar və ailələr var.

Məğlubiyyət? Mən bu sözün mənasını başa düşmürəm.

Tarix
2016.07.18 / 20:11
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla