Yuxarı

Qonşuda bələdiyyə seçkiləri keçirilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşuda bələdiyyə seçkiləri keçirilir

Gürcüstanda bələdiyyə seçkiləri başlayıb.

Axra.az xəbər verir ki, saat 08:00-dan etibarən ölkə üzrə 3 061 seçki məntəqəsində səsvermə prosesinə start verilib.

12 siyasi partiyanın iştirak etdiyi seçkilərdə növbəti dörd il üçün Tiflis də daxil olmaqla, 64 şəhər və rayon üzrə mer və 2 085 bələdiyyə üzvü seçiləcək.

Məntəqələrin 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri elektron avadanlıqlardan istifadə etməklə səs verəcək.

Prosesi 28 beynəlxalq, 27 yerli müşahidə təşkilatı izləyəcək, 73 yerli və xarici KİV-i təmsil edən minə yaxın nümayəndə işıqlandıracaq.

Seçki məntəqələri saat 20:00-da bağlanacaq və səslərin hesablanmasına başlanılacaq. İlkin nəticələrin səsvermənin başa çatmasından bir neçə saat sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına son seçkilər 2021-ci ilin oktyabrın 2-də baş tutub. Seçkilərdə hakim “Gürcü Arzusu” partiyası 46,69% səslə qalib gəlib. Oktyabrın 30-da Tiflis də daxil olmaqla, 5 iri şəhərdə və 15 bələdiyyədə ikinci tur keçirilib.

Tarix
2025.10.04 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Prezident Danimarka səfərindən video paylaşdı

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

Tokayev Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla