Yuxarı

Akopyan Ərdoğanın bu məşhur ifadəsini işlətdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akopyan Ərdoğanın bu məşhur ifadəsini işlətdi...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial media hesabında yazıb.

Baş nazirin xanımı digər oxuculara da kitabı mütaliə etməyi məsləhət görüb:

“Onu digər elmi kitablarımla yanaşı oxuyurdum, ona görə də bir az vaxt apardı. Əminəm ki, Ermənistandakı mütəxəssislər onu dərc edildikdən dərhal sonra oxuyacaqlar. Maraqları beynəlxalq münasibətlərə aid kitabların əhatə dairəsindən kənarda qalan, amma qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün bunu deyim: Kitab BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarının nəzərdən keçirilməsi və təşkilatı dövrümüzün çağırışlarına cavab vermək üçün real alətlər dəsti ilə təmin etməkdən bəhs edir. Müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə bağlı qala bilməz: “Dünya beşdən böyükdür”.

Kitabda bəşəriyyətin durumu, məsələn, dünyada 820 milyon insanın aclıq şəraitində yaşadığı, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün, 25 milyona yaxın qaçqın olduğu barədə məlumatlar da öz əksini tapıb. Kitabın adı “Daha ədalətli dünya mümkündür”. Əlbəttə, daha ədalətli dünya mümkündür”.

Xatırladaq ki, Anna Akopyan bundan əvvəl sosial media hesabında Türkiyə liderinin kitabını oxumağa başladığını yazmışdı. Rəcəb Tayyib Ərdoğan sözügedən kitabı ötən ilin sentyabrında Nyu-Yorkda görüşdə Nikol Paşinyana hədiyyə etmişdi.

Tarix
2025.10.04 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla