Yuxarı

ABŞ bunu etsə, Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ bunu etsə, Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq

Avropa Birliyinin 18 sanksiyalar paketi və ABŞ, Böyük Britaniya və digər ölkələrin onlarla digər məhdudiyyətləri Rusiyanın iqtisadiyyatını zəiflətsə də, müharibəni davam etdirmək əzminə təsir göstərmədi.

Axar.az xəbər verir ki, bu barədə CNN nəşrində dərc olunan məqalədə bildirilib.

Nəşrə açıqlamasında Böyük Britaniyanın “Chatham House” analitik mərkəzinin Rusiya üzrə tədqiqatçısı Timoti Eş qeyd edib ki, Rusiyaya qarşı daha ağıllı olmaq lazımdır.

Bildirilir ki, hərbi xərclərin kütləvi artımı Rusiya iqtisadiyyatının 2023 və 2024-cü illərdə 4%-dən çox böyüməsinə kömək edib, lakin hökumət bu il yalnız 1% artım gözləyir. Bundan əlavə, hökumət 2025-ci ilin sonuna inflyasiyanı 6-7%, faiz dərəcələrini isə 17% səviyyəsində proqnozlaşdırır.

"Kremlin mühüm neft və təbii qaz gəlirləri azalır, büdcə kəsiri - dövlət xərcləri ilə gəlirlər arasında uçurum genişlənir. Bununla belə, sentyabrın sonunda parlamentə təqdim edilən son üçillik büdcə planı göstərir ki, hərbi xərclər müharibədən əvvəlki səviyyədən təxminən dörd dəfə yüksək olaraq qalacaq. Və bu, böyük ölçüdə Rusiya vergi ödəyicilərinin sayəsindədir", - nəşr yazıb.

Timoti Eş hesab edir ki, ABŞ Konqresində iki partiyanın dəstəyi ilə qəbul edilən, lakin hələ səsverməyə çıxarılmayan Rusiya Sanksiyaları Aktında təklif edilən Rusiyadan enerji alan istənilən ölkəyə 500% tarif tətbiqi ciddi tədbirlərdən biri olacaq:

"Bu, Rusiya iqtisadiyyatını tamamilə məhv edəcək və Rusiya hərbi maşınının fəaliyyətini dayandıracaq".

Tarix
2025.10.11 / 20:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

İlham Əliyev Məhəmməd əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla