Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və daha səkkiz şəxsin evlərində axtarışlar aparılıb.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə deyib.
Onun sözlərinə görə, axtarış zamanı müxtəlif elektron cihazlar, sənədlər, külli miqdarda nağd pul götürülüb:
“Müxtəlif cinayət işləri üzrə aparılan istintaq çərçivəsində Gürcüstan Baş Prokurorluğunun İstintaq İdarəsi, Korrupsiyaya Qarşı Mübarizə Departamenti və Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Təhlükəsizliyi Departamenti bu gün saat 10:00-dan başlayaraq ölkənin 22 məntəqəsində eyni vaxtda genişmiqyaslı tədbir keçirib”.
O əlavə edib ki, fəal şəkildə istintaq, prosessual və əməliyyat-axtarış tədbirləri davam etdirilir.