Yuxarı

Bu, Rusiya biznesi üçün fəlakətə çevriləcək - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Rusiya biznesi üçün fəlakətə çevriləcək - Ekspert

Avropa Kremlə məxsus nüvə yanacağına və texnologiyalarına asılılığı daha çox və daha fəal şəkildə azaltmalıdır.

Axar.az xəbər verir ki, bunu "Greenpeace Ukrayna" təşkilatının nüvə energetikası üzrə eksperti Yan Vande Putte bildirib.

O, Rusiya işçilərinin "Pakş-2" adlı atom elektrik stansiyasının tikintisi üçün Macarıstana dəvət edilməsini misal gətirib:

“Avropa Komissiyası bunu təsdiqləyir. Almaniya isə görünür, “Siemens” şirkətinə bu layihədə iştirak üçün lisenziya verəcək. Əgər indi siyasi impuls varsa, biz bu əlaqələri qırmalı və Macarıstanın bugünkündən də çox Kremlin siyasi orbitinə düşməməsinə əmin olmalıyıq”.

Mütəxəssis etiraf edib ki, Kremlin mövqelərini zəiflətmək çətin olacaq, çünki bu gün Rusiya dünyanın əsas nüvə texnologiyaları ixracatçısıdır:

“Onların dünyadakı, xüsusilə də qlobal cənub ölkələrindəki imici çox yüksəkdir. Əgər onlar Ukraynada nüvə fəlakəti yaratsalar və bu, onların məsuliyyəti kimi qəbul olunsa, bu, “Rosatom”un dünya bazarındakı biznesi üçün fəlakətə çevriləcək”.

Tarix
2025.10.18 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla