Yuxarı

Luvrda böyük qarət: Napoleonun zinət əşyaları oğurlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Luvrda böyük qarət: Napoleonun zinət əşyaları oğurlandı

13:44

Oktyabrın 19-da səhər saatlarında Luvr muzeyində oğurluq olub.

Axar.az xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Raşida Dati məlumat yayıb.

"Oğurluq bu gün səhər saatlarında Luvrda baş verib. Mən muzey işçiləri və polislə birlikdə hadisə yerindəyəm. Hazırda araşdırma aparılır", - nazir bildirib.

“Le Parisien” qəzetinin məlumatına görə, bir neçə oğru muzeyin pəncərələrini sındırıb və zinət əşyalarını oğurlayaraq qaça bilib.

Hadisəni törədənlərin silahlı olduğu bildirilir.

Luvr rəhbərliyi muzeyi ictimaiyyət üçün bağlayıb.

***

Oğrular muzeyin “Apollon” qalereyasına daxil olaraq, Napoleona məxsus zinət kolleksiyasından 9 əşya oğurlayıblar.

Fransa mətbuatının məlumatına görə, İmperator III Napoleonun arvadı imperatriça Ejeni de Montijonun sınmış tacı Luvrun yaxınlığında tapılıb.

Tarix
2025.10.19 / 14:47
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla