Yuxarı

Hindistan indi də Yaxın Şərq nefti alır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan indi də Yaxın Şərq nefti alır

Hindistanın ən böyük neft emalı şirkətlərindən biri olan “Reliance İndustries” Rusiyadan neft alışlarını azaldaraq Yaxın Şərq ölkələrindən neft tədarükünü artırmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, “Reliance” artıq İraqın “Basrah Medium”, Qətərin “Al Shaheen” və “Qatar Land” neft növləri də daxil olmaqla, ən azı 2.5 milyon barrel Yaxın Şərq nefti alıb.

Şirkət hazırda keyfiyyət baxımından rus neftinə yaxın olan digər variantları da araşdırır.

Qeyd edək ki, Hindistanın iki böyük neft emalı zavodu ABŞ-ın “Exxon Mobil” şirkətindən 4 milyon barrel Qayana nefti almaq üçün müqavilə imzalamışdı.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə dünən açıqlamasında ABŞ Prezidenti Donald Trampın hədələrinə baxmayaraq, Rusiyanın Hindistana neft ixracının davam etdiyini bildirmişdi.

Tarix
2025.10.21 / 16:23
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla