Yuxarı

Tramp Rusiyaya niyə sanksiya tətbiq etdi? - Uitkoffun səhvi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Rusiyaya niyə sanksiya tətbiq etdi? - Uitkoffun səhvi

Bu həftə ABŞ Donald Tramp ikinci prezidentlik müddəti ərzində ilk dəfə olaraq Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Bu addımın əsas səbəbi artıq Kreml ilə danışıqlara Ağ Evdə xüsusi nümayəndə Stiven Uitkoff deyil, Dövlət katibi Marko Rubionun rəhbərlik etməsidir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, 2025-ci il ərzində Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxırdı. O, Ukraynada müharibənin diplomatik yolla sona çatdırılması üçün Putinlə razılığa gəlməyin mümkün olduğuna inanırdı:

“ABŞ prezidentinin bu inamını onun köhnə biznes dostu, Ağ Evə özünün gətirdiyi və Rusiya ilə danışıqlar aparmağı tapşırdığı Stiven Uitkoff gücləndirirdi.

Lakin avqust ayında Uitkoffun bacarıqsızlığı Ağ Ev və Kreml arasında anlaşılmazlığa səbəb oldu. Tramp Uitkoffun “ruslar razılığa gəlməyə hazırdır” sözlərinə inanaraq Alyaskada sammit təşkil etdi. Lakin sonradan məlum oldu ki, Uitkoff hər şeyi səhv başa düşüb – Putin sammitə ABŞ-ın Kremlin Ukraynanın təslim planını qəbul etməyə hazır olduğuna əmin şəkildə gəlmişdi.

Bu səbəbdən Tramp Putinə Budapeştdə yeni sammit keçirməyi təklif edəndə, görüşün təşkili məsələsini artıq Uitkoffa deyil, təcrübəli siyasətçi Marko Rubioya həvalə etdilər. Rubioya Rusiya xarici işlər naziri Sergey Lavrovla cəmi bir telefon danışığı kifayət etdi ki, Rusiyanın mövqelərinin Alyaska sammitindən bəri dəyişmədiyini anlasın”.

Tarix
2025.10.25 / 09:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla