Yuxarı

Yanukoviç xaricdəki mülkiyyətindən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanukoviç xaricdəki mülkiyyətindən danışdı

"Hazırda Ukraynada cərəyan edən hadisələrin ssenarisini ölkə hüdudlarından kənarda yazıblar".

Bunu Rostov-Donda mətbuat konfransı keçirən Ukraynanın vəzifəsindən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç deyib.

O bildirib ki, vaxt gələcək və haqq-ədalət öz yerini tapacaq. Təəssüf ki, hazırda silahlıların və bu qanlı ssenarinin müəlliflərinin iştirakı ilə qorxulu teatrlaşdırılmış tamaşa göstərilir".

V.Yanukoviç aksiya iştirakçılarına silah tətbiq edilməsinə dair milis işçilərinə əmr vermədiyini bildirib: "Bildiyiniz kimi, milis işçiləri son anadək silahsız olublar. Lakin milislərin həyatı üçün təhlükə yarandığına görə onlar silahlanmağa başladılar".

O, Ukraynadakı böhran vəziyyətin nizamlanması haqqında sazişin qarantı qismində çıxış edən Qərb nümayəndələri ilə əlaqə saxlamadığını deyib: "Bununla belə, məsələ hələ də gündəmdədir. Görüşüb bu məsələni müzakirə etmək lazımdır".

V.Yanukoviç qeyd edib ki, xaricdə heç vaxt mülkiyyəti olmayıb: "Xaricdə heç vaxt mülkiyyətim və hesabım olmayıb. Bunlar cəfəngiyatdır". (Trend)

Tarix
2014.02.28 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla