Yuxarı

İrəvanda mitinq başladı: aksiyaçılar mübahisəyə girişdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda mitinq başladı: aksiyaçılar mübahisəyə girişdi

İrəvandakı Azadlıq meydanında "Sasna çrer" silahlı qrupuna dəstək məqsədi ilə mitinq başlayıb.

Axar.az xəbər verir ki, meydana xeyli şəhər sakini toplaşıb. Mitinqi kinorejissor Tiqran Xzmalyan aparır. O, tribunaya Antiböhran Koordinasiya Şurasının üzvlərini dəvət etsə də, heç kim gəlməyib.

Xzmalyan "Sasna çrer" qruplaşmasının təslim olmaq qərarını "Ermənistanda vətəndaş müharibəsinə yol verməmək üçün atılan addım" kimi dəyərləndirib. Aksiya iştirakçıları isə "Sasna çrer"in təslim olmaq qərarına inanmadıqlarını və praktik addım atmağın vacibliyini tələb ediblər.

"Nyus.am" saytı mitinqdə gərginliyin yaşandığı, etirazçıların bir-biri ilə bu xəbərə görə mübahisə etdiyini bildirir.

Xzmalyan birinci mərhələnin uğurla başa çatdığını vurğulayıb və siyasi hərəkatın başladığını elan edib. Bu sözlərdən sonra mikrafonu söndürən rejissor mitinqin sabah 19:30-da davam edəcəyini bildirib.

Bir neçə şəxs çıxış üçün söz istəsə də, Xzmalyan "çekistləri yaxına buraxmırıq" deyə, onlara imkan verməyib. Bu sözlərlə özlərini təhqir olunmuş sayan gənclər isə tribunaya qalxıblar, ancaq çıxış edə bilməyiblər, əvəzində mübahisə yaranıb.

Mitinq bu qarışıqlı içində davam edir.

Tarix
2016.07.31 / 22:38
Müəllif
Hacı Qulu
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla