Yuxarı

Goranboyda yararsız hala düşən bina söküləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboyda yararsız hala düşən bina söküləcək

Goranboyda mənzillərin döşəməsinin çökməsi nəticəsində yararsız hala düşən bina söküləcək.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komisiyasının sədri Seymur Nazarov bildirib.

Onun sözlərinə görə, qəza baş verən binanın yerində yenisi tikiləcək:

"Noyabrın 23-də səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 60 mənzilli 5 mərtəbəli yaşayış binasının 5-ci blokunun birinci mərtəbəsindəki evlərin döşəməsi çöküb. Həmin hadisədə 3 nəfər yüngül xəsarət alıb. Dərhal hadisə yerinə rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in və digər qurumların əməkdaşları cəlb edilib. Müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib. Sakinlər təxliyə olunub. Təhulkəsizlik qaydalarına riayət olunmaqla əməliyyat işərinə dərhal başlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə baş verən binanın yaxınlığında postlar qurulub. Ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. FHN qurumlarının verdiyi ilkin rəyə əsasən, binanın tamamilə sökülərək yerində yenisinin inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Bina sakinlərinin kirayəyə çıxarılması ilə bağlı işlər yekunlaşıb. Sakinlərin kirayə xərcləri dövlət tərəfindən təmin olunacaq".

Qeyd olunub ki, yeni inşa ediləcək bina elə köhnə binanın həyətində tikiləcək:

“Hazırda FHN-nin və Layihə İnstutunun əməkdaşları yerin müayinəsini aparırlar. Layihələndirmə işlərinə start verilməkdədir. Yaxın vaxtlarda hazırlanacaq layihə əsasında yeni binanın inşası ilə bağlı işlərə başlanılması planlaşdırılır”.

Qeyd olunub ki, yeni inşa ediləcək bina elə köhnə binanın həyətində tikiləcək: “Hazırda FHN-nin və Lahiyəçəkmə İnstutunun əməkdaşları yerin müayinəsini aparırlar. Lahiyələndirmə işlərinə start verilməkdədir. Yaxın vaxtlarda hazırlanacaq lahiyə əsasında yeni binanın inşası ilə bağlı işlərə başlanılması planlaşdırılır”.

Hadisə baş verən binanın yaxınlığında rayon İcra Hakimiyyəti ilə FHN-nın Aran regional mərkəzi birlikdə qərargah yardıb. Qərargahda rayonun İcra Hakimiyyəti başçısı və FHN Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov sakinləri dinləyib.

Xatırladaq ki, hadisə noyabrın 23-də səhər saatlarında baş verib.

Tarix
2025.11.25 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla