Yuxarı

Müharibə yaxındadır, 2030-cu ilə qədər... - Orban

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə yaxındadır, 2030-cu ilə qədər... - Orban

Avropa Birliyi (AB) liderləri 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşmaq qərarına gəliblər, Macarıstan belə bir ssenaridən qaçmaq üçün lazım olan hər şeyi edəcək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

O bildirib ki, AB rəhbərliyinin Ukraynadakı müharibəni uzatmaq və birbaşa Rusiya ilə qarşıdurmaya yönəlmiş təhdid siqnallarını ciddi qəbul edilməlidir:

“Müharibə yaxındadır, siyasi baxımdan qaçılmazdır. Avropa liderləri qərara gəliblər ki, Avropa müharibəyə girəcək. Məsələ ilə bağlı qərar var. Rəsmi mövqe ondan ibarətdir ki, 2030-cu ilə qədər buna hazır olmalıyıq”.

Macarıstan lideri əlavə edib ki, gərginliyin artması və müxtəlif ölkələr, yaxud bloklar arasında müharibəyə keçid adətən dörd mərhələdə baş verir:

“Birinci mərhələdə diplomatik əlaqələr kəsilir, ikinci mərhələdə iqtisadi sanksiyalar tətbiq edilir və iqtisadi əməkdaşlıq dayandırılır, üçüncü mərhələdə müzakirə silahlı qüvvələr və hərbi iqtisadiyyata keçidə gedir (bu, indi baş verir), dördüncü mərhələ isə qarşıdurma mərhələsidir”.

Tarix
2025.12.06 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla