Yuxarı

Türkiyədə təyyarə qəzaya uğradı: Baş Qərargah rəisi öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə təyyarə qəzaya uğradı: Baş Qərargah rəisi öldü

2025.12.23. 23:11

Türkiyə hava məkanında Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddadın olduğu deyilən təyyarə ilə əlaqə kəsilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumata görə, Əsənboğa hava limanından Liviyanın Tripoli şəhərinə uçan "Falkon 50" təyyarəsi ilə əlaqə kəsilib.

Qeyd edək ki, bu gün Həddad Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlu və milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

***

Təyyarənin Ankaranın Haymani ilçəsi yaxınlığında qəzaya uğradığı bildirilib. Yerli sakinlər təyyarənin qalıqlarını aşkar ediblər.

***

Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən nümayəndələrin Türkiyədə təyyarə qəzasında həlak olduğu təsdiqlənib.

Bu barədə Liviyanın Milli Razılıq Hökuməti məlumat yayıb.

Tarix
2025.12.24 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla