Yuxarı

Zelenski Stubbla ABŞ-la danışıqları müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Stubbla ABŞ-la danışıqları müzakirə etdi

Ukrayna Prezidenti Vladimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubb arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə V.Zelenski X sosial şəbəkəsində yazıb.

Ukrayna liderinin sözlərinə görə, tərəflər beynəlxalq tərəfdaşlarla əlaqələr və ABŞ-də keçiriləcək görüşlərə, danışıqlara hazırlıq prosesi haqqında məlumat mübadiləsi aparıblar. O, Ukrayna və Amerika danışıq qruplarının artıq əhəmiyyətli irəliləyiş əldə etdiklərini qeyd edib.

Xüsusilə, zəruri təhlükəsizlik təminatları, Ukraynanın bərpası və iqtisadi inkişaf planı, eləcə də 20 bənddən ibarət çərçivə sənədi üzərində işdə irəliləyişin olduğu bildirilib. Prezidentlər işin yüksək intensivliyinin həlledici əhəmiyyət daşıdığı və bir gün, bir saatın da itirilməməli olduğu fikri ilə razılaşıblar.

"İndi, bir çox ölkə və liderlər Milad bayramını qeyd edib və Yeni ilə hazırlaşarkən biz həyatları qorumaq və diplomatik həll tapmaq üçün tam güclə işləyirik. Biz nəticələr əldə etmək üçün əlimizdən gələni edirik və məhz bu yanaşmanı istifadə edirik – ümumi uğur Ukrayna və bütün Avropa, ABŞ və Prezident Donald Tramp, bütün tərəfdaşlarımız və qlobal sülh üçün vacibdir", - Zelenski vurğulayıb.

Xatırladaq ki, Tramp və Zelenski dekabrın 28-də Floridada görüşəcəklər.

Tarix
2025.12.26 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla