Yuxarı

Ukraynanın bərpası üçün nə qədər vəsait lazımdır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın bərpası üçün nə qədər vəsait lazımdır?

Ukraynanın növbəti onillikdə yenidənqurma və iqtisadi inkişaf üçün maliyyə ehtiyacları təqribən 800 milyard dollar həcmində qiymətləndirilir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Kiyevdə avropalı tərəfdaşlarla iqtisadi danışıqlar prosesini müzakirə edərkən bildirib.

Onun sözlərinə görə, son bir neçə həftədir Ukrayna komandası ABŞ ilə müharibə iqtisadiyyatı və uzunmüddətli rifah və təhlükəsizliyə keçid kontekstində növbəti addımları fəal şəkildə müzakirə edir:

"Bizim bir çox qurumlarımız, o cümlədən Dünya Bankı var ki, onlar donor platforması çərçivəsində yenidənqurma və bərpa ehtiyaclarını qiymətləndirmək üçün sistemli iş aparıblar".

O qeyd edib ki, bu əməkdaşlıq nəticəsində növbəti on il üçün ehtiyacları, ilkin şərtləri, mexanizmləri və investisiya istiqamətlərini aydın şəkildə müəyyən edən Ukraynanın çiçəklənməsi üçün çərçivə hazırlanıb.

Tarix
2026.01.03 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla