Əksəriyyətimiz Bill Qeytsi xeyriyyəçi, öz milyonlarını
Afrika və Asiyada ehtiyacı olan şəxslərə xərcləyən biri kimi
tanıyır. Amma Türkiyə və digər ölkələrin xeyriyyə qurumları
tərəfindən qəpik-qəpik yığılan yardımlarla qazılan su quyuları,
ərzaq yardımları bu qədər şişirdilməsə də, Afrikada daha çox
faydaya malikdir. Bəs görəsən hər şey təqdim edildiyi
kimidirmi?
Axar.az xəbər verir ki, bu sahədə araşdırma aparan və məqaləsini
iki il öncə yayımlayan türkiyəli professor Sait Yılmaz yazır:
"...Bill Qeyts təqaüdə çıxıb, həyat yoldaşı Melinda ilə birlikdə
"Bill and Melinda Qeyts Fondu" yaradaraq xeyriyyəçiliyə başladı.
Bill Qeytsə görə, dünyanın əhalisi bu gün 6.8 milyarddır və 2030-cu
ildə 9 milyarda çatacaq. O, yeni peyvəndlər istehsal edib,
reproduktiv səhiyyə xidmətləri ilə birlikdə əhalininin 10-15%
azaldılacağı fikrini müdafiə edir.
Bill Qeyts filantropik bir plan daxilində geni dəyişdirilmiş
ərzaqlar istehsal edilərək dünyada aclığın sona çatması üçün səy
göstərir. Monsanto və digər biotexnologiya şirkətləri Qeyts vəqfi
ilə Afrikada geni dəyişdirilmiş məhsulları inkişaf etdirməyə
çalışır. "Bill and Melinda Qeyts" vəqfi Səhraaltı Afrikada GMO
(genetik modifikasiya olunmuş orqanizm. – red.) məhsullarının
inkişaf etdirilməsi üçün 10 milyon dollar bağışlayıb. Bu pulun
bağışlandığı Konnektikudakı "Con İnnes Sentr" şirkəti qarğıdalı,
buğda və düyü toxumları yetişdirəcək. Bunlardan biri də "qızıl
düyü"dür - A vitamini əskikliyini önləmək üçün beta-karoten miqdarı
təmin ediləcək, yəni düyü yeməklə A vitamini bərpa ediləcək. Ancaq
beta-karotenin az yağlı yeməklər istehlak edən üçüncü dünya
insanlarının istifadə edəcəyi təqdirdə, ciddi nitq qüsurlarına yol
açma riski var…
Bill Qeyts lobbiçilik şirkətlərinə milyonlarla dollar vəsait
xərcləyərək GMO məhsullarına dəstək almağa çalışır. Rokfeller Fondu
bu məqsədlə Filippin, Meksika və Nigeriyada qurduğu araşdırma
mərkəzlərini CGIAR adı altında birləşdirib...
Bu məhsullar Avropada Almaniya, İrlandiya və Macarıstan və
ABŞ-ın 14 əyalətində qadağan edilib. Rus bioloq Aleksey V.Surovun
Rusiya Elmlər Akademiyası Ekologiya və Təkamül İnstitutunda
apardığı araşdırmaları zamanı GMO istifadə edənlərin çoxunda uşaq
ölümlərinin olduğu aşkar edilib.
23 yanvar 2013-cü ildə ABŞ mətbuatı Qeytsin müsahibəsini dərc
edərək bu ifadələrə yer verib:
"Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin adını daşıyan "Bill
& Melinda Qeyts" vəqfi son on ildir planetdəki hər bir uşağın
peyvənd edilməsinə çalışır. Məqsəd "pis səhiyyə xidmətləri və təmiz
su çatışmazlığı səbəbindən miningit və qızdırma kimi xəstəliklərin
yayıldığı Afrikanı qorumaq"dır. Vəqf cəmiyyətin bu təməl
ehtiyaclarını qarşılamaq yerinə, yerli əhaliyə peyvənd vurur. Bu da
nəticə etibarı ilə Afrikanın gənc əhalisinin iflic olmasına gətirib
çıxarıb".
Araşdırmaçı jurnalist Kristina Enqland müsahibəsində bu məsələyə
toxunaraq 50-yə yaxın afrikalı gəncin ölümünə şahid olduğunu
deyib:
"Məsələn, Şimali Çaddakı kiçik Qouro kəndində azı 50 gənc Afrika
üçün inkişaf etdirilmiş yeni miningit peyvəndi olan "MenAFriVac"
vurulduqdan sonra iflic olub. Ancaq bu qalmaqal gündəmin
qaranlığına qurban getdi. Miningit üçün önləyici müalicə olaraq
tanıdılan "MenAfriVAc" deyilənə görə, kiçik uşaqların hər birinin
hallüsinasiya görməsinə, sarsıntı yaşamasına və sonunda da iflic
keçirməsinə səbəb olur".
"Mənim pula ehtiyacım yoxdur, mən Tanrının işini görürəm", -
deyən Qeyts indi də Afrikanı yoxsulluqdan "qurtarmaq" üçün hər
ailəyə beş toyuq bağışlayır və iddia edir ki, bu toyuqlar vasitəsi
ilə ildə 1000 dollar qazanmaq mümkün olacaq…