Yuxarı

Rusiyanın bu ölkədəki diplomatı intihar etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu ölkədəki diplomatı intihar etdi

Kiprin paytaxtı Nikosiyada Rusiya səfirliyinin əməkdaşı kabinetində ölü tapılıb.

Axar.az xəbər verir ki, bu barədə ANT1 telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə gələn Kipr polisi səfirlik ərazisinə buraxılmayıb və mərhumun cəsədi hüquq-mühafizə orqanlarına diplomatik missiyanın həyətində təhvil verilib.

Məlumata görə, səfirlik nümayəndələri polisə ölümün intihar nəticəsində baş verdiyini, mərhumun vida məktubu qoyduğunu bildiriblər.

Həmin məktubun Moskvaya göndəriləcəyi qeyd olunub.

Sonradan Rusiya səfirliyinin rəsmi Teleqram kanalında A.V.Panov adlı əməkdaşın öldüyü və cəsədinin Rusiyaya aparılacağı barədə məlumat yayılıb.

Qeyd edək ki, bu hadisədən bir gün əvvəl isə Kiprdə 56 yaşlı “Uralximiya” şirkətinin sabiq direktoru Vladislav Baumgertner itkin düşüb.

Tarix
2026.01.12 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla