Yuxarı

Osmanlıda meymunlar niyə asılırdı? – Şok səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Osmanlıda meymunlar niyə asılırdı? – Şok səbəb

Sultan III Muradın hakimiyyəti illərində İstanbulda yüzlərlə meymun vəhşicəsinə edam edilib.

Femida.az-ın məlumatına əsasən, Yavuz Sultan Səlim Şimali Afrikada fəthlər edərkən İstanbulda da meymunların sayı durmadan artırdı. Meymunlar daha çox gəmilərdə gözətçilik edər, gəmi dorlarına asanlıqla dırmanar və başqa bir gəmi gördükləri zaman dərhal xəbər verərdilər. III Muradın dövründə isə İstanbulun demək olar istənilən nöqtəsində meymun dükanları olardı. Həm varlılar, həm də kasıblar meymun satın alardılar.

III Muradın əsas din adamı hesab olunan molla Əbdulkərim qeyri-müsəlmanlara nifrət edən radikal dindar idi. Molla Əbdulkərim müsəlman olmayan insanları o dövr üçün təhqir sayılan qırmızı və qara paltarlar geyməyə məcbur edərmiş. O, yəhudi məzarlığında qanunsuz olaraq məscid tikdirəcək qədər radikal dindar olub.

Hər şey bu mollanın məscidin önündə "qadınlar meymunlardan pis işlərdə istifadə edir" şəklində çıxışı ilə başladı. Bu çıxış İstanbulda böyük əks-səda doğurdu. İnsanlar toplaşaraq meymun satılan mağazalara basqın etdi.

Tarixçilərin bildirdiyinə görə, həmin gün İstanbulda meymun asılmayan ağac qalmayıb. Molla meymunları öz əlləri ilə asırmış, iri meymunlar üçün isə ayrıca edam yeri müəyyən ediblərmiş.

Deyilənə görə, molla Əbdülkərim vəfat etdikdən sonra bütün heyvansevərlər bayram ediblər.

Tarix
2016.08.15 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla