Yuxarı

Suriya SDQ-yə 12 maddəlik plan təqdim etdi - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya SDQ-yə 12 maddəlik plan təqdim etdi - Siyahı

Suriya hökuməti Suriya Demokratik Qüvvələrinə (SDQ) 12 maddəlik plan təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Məcəllə” məlumat yayıb.

Planın maddələri belədir:

1. SDQ üzvləri Suriya ordusuna birləşmə və ya briqada kimi deyil, fərdi şəkildə qoşulur;

2. SDQ İraqla sərhəd-keçid məntəqələrini təhvil verir;

3. SDQ Türkiyə ilə sərhəd-keçid məntəqələrini təhvil verir;

4. SDQ ərəblərin çoxluq təşkil etdiyi Deyr əz-Zor və Rakka əyalətlərindən geri çəkilir;

5. Bütün neft və qaz obyektlərinə nəzarət Suriya hökumətinə təhvil verilir;

6. Bəndlərin və su infrastrukturunun nəzarəti Suriya hökumətinə təhvil verilir;

7. Hasekə əyalətində birgə idarəçilik yaradılır;

8. Məzlum Abdi Hasekə qubernatoru təyin edilir;

9. SDQ-yə hökumət vəzifələri (məsələn, müdafiə və ya daxili işlər nazirlərinin müavinləri) verilir;

10. SDQ-yə Suriya parlamentində iştiraka icazə verilir;

11. Prezident Əhməd əş-Şaranın son fərmanı ilə kürd hüquqlarının tanınması təsdiqlənir;

12. Bütün bəndlər müəyyən bir vaxt qrafikinə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, Suriya ordusunun terror təşkilatı SDQ-yə qarşı əməliyyatları davam edir.

Tarix
2026.01.18 / 15:53
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla