Yuxarı

Rusiya üçün döyüşənlər deportasiya edilməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya üçün döyüşənlər deportasiya edilməyəcək

Rusiya Dövlət Duması ölkənin silahlı qüvvələrində və ya hərbi birləşmələrində döyüşmüş əcnəbilərin deportasiyasını və cinayət məsuliyyətinə cəlb edilməsi üçün ekstradisiyasını qadağan edən qanun layihələri paketini birinci oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, sözügedən paket Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb və üç qanun layihəsindən ibarətdir:

“Cinayət Prosessual Məcəlləsinə təqdim ediləcək ilk qanun layihəsi Rusiya tərəfində döyüşmüş əcnəbilərin cinayət təqibi üçün ekstradisiyasını qadağan edir. Qanun paketində digər bir təşəbbüs, İnzibati Xətalar Məcəlləsinə onların deportasiyasını qadağa edir. Deportasiya əvəzinə, əcnəbilər 50 min rubla qədər cərimə olunacaq və ya 200 saata qədər ictimai işlərə cəlb olunacaqlar. Sənəd Rusiya silahlı qüvvələrində xidmət etmiş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Rusiyaya girişinə qadağa qoyulma ehtimalından, eləcə də deportasiya təhlükəsindən qorumaq üçün nəzərdə tutulub. Dəyişikliklər həmçinin Rusiya hakimiyyət orqanlarını bu kateqoriyadan olan əcnəbilərə müvəqqəti yaşayış icazəsi və daimi yaşayış icazəsi verməkdən imtina səlahiyyətindən məhrum edir. Artıq verilmiş sənədlər ləğv edilə bilməz, nə də onların etibarlılıq müddəti qısaldıla bilər”.

Tarix
2026.01.21 / 16:51
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla