Yuxarı

Macarıstan Rusiyanın tərəfindədir? - Orban açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Macarıstan Rusiyanın tərəfindədir? - Orban açıqladı

Macarıstan hökuməti Rusiya ilə Ukrayna arasındakı münaqişədə tərəf tutmaq niyyətində deyil və məsələlərin həllində yalnız öz milli maraqlarını rəhbər tutacaq.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Fidesz-Macarıstan Vətəndaş Birliyi Partiyasının fəalları ilə keçirilən görüşdə çıxış edərkən deyib.

Orban çıxış edən zaman iştirakçılardan biri Macarıstanın NATO üzvü olduğunu və alyansın digər üzvlərinin Ukraynanı fəal şəkildə dəstəklədiyini nəzərə alaraq, Ukrayna münaqişəsində Macarıstanın hansı tərəfdə olduğunu soruşub.

“Danışdığınız məsələ Brüsseldə oynanan masaüstü oyuna bənzəyir. Niyə biz Macarıstanın kimin tərəfində olacağını seçməliyik? Mən niyə hansısa tərəfdə olmalıyam, əgər Macarıstanın tərəfindəyəmsə?”, - deyə Orban qeyd edib.

Baş nazir hökumətinin beynəlxalq məsələlərdə mövqeyini öz milli maraqlarına əsaslanaraq müəyyən edəcəyinə və bu maraqların həm Qərbdə, həm də Şərqdə müxtəlif ölkələrlə əməkdaşlığa uyğun olduğunu vurğulayıb.

Tarix
2026.01.31 / 20:18
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla