Yuxarı

“Çar Vladimir təzə dostu Ərdoğana etiraz etmədi…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "İndependent" qəzeti Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar barədə geniş analiz yazı dərc edib.

Axar.az xəbər verir ki, məqalədə Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsindən söhbət açılıb:

"Nəhayət, Türkiyə hamıya düşmən olan İŞİD-ə zərbə endirir. Ancaq Suriya və Türkiyədə buna çətin inansınlar. Xeyli müddətdir ki, İŞİD Cerablusda oturmuşdu. Sultan Ərdoğanı narahat edən ABŞ tərəfindən silahlandırılmış kürd YPG döyüşçülərinin Türkiyə sərhədi boyunca Cerablusa irəliləməsi idi. Başqa sözlə, o, anti-Əsəd İŞİD-i və anti-İŞİD kürdləri Türkiyənin düşməni adlandırır.

Çar Vladimir də təzə dostu Ərdoğana etiraz etmədi… Çünki Türkiyənin həm İŞİD-i, həm də ABŞ-dan dəstək alan anti-Əsəd kürdləri vurması ona sərf edir.

Sadəcə, YPG-nin ambisiyaları onun özündən böyük olmağa başlayıb. Bu təşkilat anti-İŞİD qarşıdurmalarından özünə Suriya daxilində muxtariyyət yaratmaq üçün istifadə edir və vətəndaş müharibəsi başa çatmadan mümkün qədər çox torpaq qoparmağa çalışır. Türklər isə öz sərhədlərində kürd mini-dövlətinin olmasını qətiyyən qəbul etməyəcək.

Türkiyənin Suriyaya müdaxiləsində Azad Suriya Ordusu (ASO) da iştirak edib. Lakin bu qüvvə Dəməşqi o qədər də narahat etmir. Əsəd ASO-nu ciddi hərbi qüvvə hesab etmir və düşünür ki, onlar Türkiyənin əməliyyatında "qurban" seçiliblər".

Tarix
2016.08.26 / 09:18
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla