Yuxarı

Budanov Putinin “3 gün” planını alt-üst etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Budanov Putinin “3 gün” planını alt-üst etdi

Tammiqyaslı müharibənin əvvəlində Kiyevin tez bir zamanda ələ keçirilməsi ssenarisinin uğursuzluğu Ukrayna kəşfiyyatının hazırlığı və Qərb kəşfiyyat orqanları ilə əməkdaşlığının nəticəsidir.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” qəzeti məlumat yayıb.

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və onun o vaxtkı rəhbəri Kirill Budanov 24 fevral 2022-ci ildən əvvəl genişmiqyaslı müharibəyə hazırlaşmağa başlayıb:

“Siyasi dairələr işğal ehtimalına şübhə ilə yanaşsa da, sözügedən kəşfiyyat idarəsi paytaxta hücum halında qapalı hazırlıq işləri aparıb. Rusiya kəşfiyyatı işğal ərəfəsində Ukraynadakı kəşfiyyat və təxribat əməliyyatlarını genişləndirib. Rus casusları təkcə məmurlarla deyil, həm də dövlət aparatının aşağı səviyyələrinin nümayəndələri ilə əlaqə qurmağa çalışıblar. Bu şəraitdə Ukrayna hərbi kəşfiyyatı Rusiyanın genişmiqyaslı hərbi təcavüzü və Ukraynaya hücumu halında qeyri-rəsmi hazırlıq tədbirləri həyata keçirib. Söhbət paytaxta potensial hücum da daxil olmaqla, kəskin eskalasiya ssenarilərindən gedir. Qostomeldəki hava limanı Rusiyanın planlarında əsas rol oynayıb və Kiyevi ələ keçirmək əməliyyatında əsas element kimi qəbul edilib. Moskva Ukrayna paytaxtı üzərində nəzarəti tezliklə ələ keçirməyə ümid edirdi, lakin Qostomel, Moşun və İrpin uğrunda döyüşlər bu ssenarini alt-üst etdi. Ukrayna kəşfiyyat xidmətləri yüksək qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərsə də, onların işi ən pis ssenarinin qarşısını almağı təmin etdi”.

Tarix
2026.02.23 / 13:36
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla