Bəşər tarixi heç vaxt müharibələrsiz ötüşə bilməyib.
İnsanlar inkişaf edir, yeni texnologiyalar hazırlayır, inanılmaz
yeniliklər kəşf edir, lakin bununla yanaşı, hələ də bir-birini məhv
etməyi dayandırmır. Skeptiklər əmindir ki, müasir dünyamız müharibə
astanasındadır.
Axar.az yaxın gələcəkdə baş verəcək potensial 10 müharibənin
siyahısını təqdim edir.
1. Çin–Rusiya: Sibir müharibəsi
Bu fövqəldövlətlərdən biri öz durğunluq dövrünü yaşayır. Digəri
isə bütün dünyanı fəth etməyə hazırdır. Rusiya və Çin Ural dağları
və Şərqdəki ən böyük oyunçulardır. Hər iki ölkənin böyük ordusu,
hər ikisinin nüvə silahı var. Sibir uzun müddətdir ki, Çinin maraq
dairəsindədir.
Pekin artıq bu gün Sibirin şərq hissəsi ilə – etnik çinlilərin
yaşadığı ərazilərlə bağlı tarixi tələblərini bildirir. Bu isə
Rusiya Federasiyası üçün böyük problemdir.
Bu iki böyük dövlətin baş-başa gəlməsi və yeni bir müharibəyə
start verməsi an məsələsidir.
2. Baltik müharibəsi
Son vaxtlar Avropanı Rusiya Federasiyası ilə mümkün müharibə
ehtimalı narahat etməyə başlayıb. NATO–nun keçmiş komandan müavini
Aleksandr Riçard Şirreffanın sözlərinə görə, bu, tamamilə mümkün
ola biləcək bir ssenaridir.
Britaniyalı generalın fikrincə, artıq 2017-ci ilin may ayında
Moskva Ukrayna ərazisindən Rusiya ilə Krımı birləşdirən yerüstü
dəhliz açacaq, sonra isə bir və ya bir neçə Baltikyanı ölkəni işğal
edəcək.
Çünki Estoniya, Latviya və Litva NATO-nun üzvüdür, bu, Rusiya
ilə Qərbin müharibəsinə gətirib çıxara bilər.
3. Şimali Koreya baharı
Yüksək rütbəli Şimali Koreya diplomatı bu yay Londonda Cənubi
Koreya tərəfinə keçdi.
Bu, Kim Çenin insidentli idarəçiliyinin qırılan zəncirlərinin
sonuncusu idi. Artıq onun gücü qalmayıb.
Vətəndaşlar ucuz smartfonlar vasitəsilə bütün dünyada nələr baş
verdiyindən agah olur. Bütün bunlar Koreya Xalq Demokratik
Respublikasında inqilaba səbəb ola bilər.
4. İŞİD-in Avropada partizan müharibəsi
Hava zərbələri, iqtisadi böhran və beynəlxalq koalisiya
dövlətlərinin hücumları nəticəsində İŞİD terror qruplaşması öz
gücünü itirib. Amma terrorçuların bununla barışacağını gözləmək
olmaz.
Böyük ehtimal ki, cihadçılar öz terrorçu-kamikadze üzvləri ilə
Avropada partizan müharibəsinə başlayacaq.
5. Venesuelada vətəndaş
müharibəsi
Karakas küçələrində qanunsuzluq, özbaşınalıq hökm sürür.
İnflyasiya 500 faizdən çoxdur və tezliklə 1600 faizə çata
bilər.
Hazırda Venesuelada polis qəddarlığı, zorakılıq, korrupsiya,
vətəndaş etirazları artıq normaya çevrilib.
Maduro istefaya getmək istəmir. Vətəndaşlar tezliklə silaha
sarıla və vətəndaş müharibəsinə start verə bilər.
6. Çində ikinci mədəni
inqilab
Maonun dövründə baş verən mədəni inqilab olduqca qəddarcasına
idi, 1,5 milyon insanın ölümünə gətirib çıxarmışdı.
Maonun hakimiyyətə gəlməyinin özü 7 milyon insanın ölümünə səbəb
olmuşdu.
İndi ölkənin inkişafına baxmayaraq, hər gün Çində 500-ə yaxın
etiraz təşkil olunur, hər il təxminən 100 min qiyam baş
qaldırır.
İkinci mədəni inqilab gözləniləndir.
7. Bosniya N:2
1990-ci illərdə dünya qorxu içində Bosniyanın necə dağılmasını
müşahidə edirdi. Etnik təmizləmə zamanı təxminən 100 000 mülki şəxs
həlak oldu.
Nəticədə 1995-ci ildə ölkə daxilində 2 dövlət yaradıldı: Bosniya
və Serbiya. Lakin indi görünür ki, bu yeni quruluş da stabil
deyil.
Bosniyada yenidən vətəndaş müharibəsi qızışa bilər.
8. Səudiyyə Ərəbistanında
inqilab
Ərəb baharı çox "yüngül" keçdi. Tunisdə, Misirdəki diktatorlar
devrildi. Liviya və Suriyada müharibə başladı. Lakin Səudiyyə
Ərəbistanı öz hakimiyyətini qoruyub saxlaya bildi. Hələlik. Artıq
xalq partlamağa hazır bomba kimidir. Neftin qiymətinin aşağı
düşməsi ölkədə çaşqınlıq yaradıb.
Səudiyyədə inqilab gözləniləndir.
9. Hindistan–Pakistan nüvə
müharibəsi
2008-ci ilin qışında bütün dünya Pakistanla Hindistan arasında
nüvə müharibəsi başlayacaq deyə, qorxuya düşmüşdü. Son anda
diplomatlar danışıqlar yolu ilə vəziyyəti sabitləşdirdi.
Lakin iki ölkə arasındakı münasibətlər hələ də gərgin olaraq
qalır. Əgər bu dəfə sözügedən bu iki ölkə toqquşsa, bu, dünyanın
sonu olacaq.
10. Cənubi Çin dənizi və ya Üçüncü Dünya
müharibəsi
Hindistanın və Pakistanın müharibəsindən daha dəhşətli ola
biləcək tək müharibə ABŞ və Çin müharibəsidir.
Hazırda Cənubi Çin dənizi Üçüncü Dünya müharibəsinin
katalizatoru kimi görünür.
Son illərdə Çin dəniz məkanında öz ərazilərini genişlənirməyə
çalışır. Bu, çox böyük qarşıdurmaya gətirib çıxa bilər – dünyanın
sonuna.