Yuxarı

Senat prezidenti vəzifədən azad etdi - İmpiçment

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Senat prezidenti vəzifədən azad etdi - İmpiçment

Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Prezident Dilma Rousseffin impiçmentini təsdiqləyib.

Axar.az TASS-a istinadən xəbər verir ki, Rousseffin istefasının əleyhinə 20, lehinə isə 61 senator səs verib.

Roussefin vəzifə tutmasına qadağa qoyulması üçün keçirilən səsvermə isə prezidentin xeyrinə başa çatıb. Yalnız 42 senator 8 il müddətində Roussefin vəzifə tutmasını qadağan edən təklifə səs verib, 36 senator isə əleyhinə çıxıb. Qərarın qəbulu üçün 54 səs lazım idi.

Beləliklə, 2018-ci ilin sonunadək - növbəti prezident seçkilərinə qədər ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək.

Xatırladaq ki, 2011-ci ildən prezidentlik vəzifəsini icra edən Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Prezident özü Senatın qərarını "parlamentin hazırladığı dövlət çevrilişi" adlandırıb.

Bəzi beynəlxalq ekspertlər də Braziliyada "parlament çevrilişi" baş verdiyi barədə mülahizə irəli sürüblər.

Qərarın qəbulundan sonra müxalifət küçələrə çıxaraq, bayram etməyə başlayıb.

Tarix
2016.09.01 / 00:58
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla