Yuxarı

Yer üçün böyük təhlükə: Okeanlar isinir, buzlar sürətlə əriyir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yer üçün böyük təhlükə: Okeanlar isinir, buzlar sürətlə əriyir...

Qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub, belə ki, istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb, okeanlar sürətlə isinməyə davam edir, buz örtükləri isə sürətli templə azalır.

Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 23 mart – Ümumdünya Meteorologiya Günü münasibətilə dərc olunan yeni hesabatında bildirilir.

Hesabata əsasən, 2015–2025-ci illər müşahidələr tarixində ən isti 11 il olub, 2025-ci il isə hava temperaturuna görə ikinci və ya üçüncü yeri tutacağı gözlənilir. Ötən il temperatur 1850–1900-cü illərin sənaye dövrünə qədərki səviyyədən təxminən 1,43 dərəcə selsi yüksək olub.

“Əsas iqlim göstəricilərinin hər biri təhlükə siqnalı verir, – deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib və əlavə edib ki, tarix ardıcıl on bir dəfə təkrarlanırsa, bu, artıq təsadüf deyil, hərəkət etməyə çağırışdır.

İstiliyin 91 faizindən çoxunu udan dünya okeanı isinmə üzrə yeni rekord səviyyəyə çatıb. Son iyirmi ildə o, hər il bəşəriyyətin illik enerji istehlakının on səkkiz mislinə bərabər enerji toplayır. 2025-ci ildə okean səthinin demək olar ki, 90 faizi ən azı bir dəfə dəniz istilik dalğasına məruz qalıb.

Buz örtükləri sürətlə azalmaqda davam edir. Belə ki, 2025-ci ildə Arktik dəniz buzu minimum və ya minimuma yaxın göstəricilərə çatıb, Antarktikada isə peyk müşahidələri tarixində üçüncü ən aşağı səviyyə qeydə alınıb. İslandiyada və Şimali Amerikanın Sakit okean sahilləri boyunca buzlaqların kütləvi şəkildə yoxa çıxması müşahidə olunub.

Dünya okeanının səviyyəsi yüksəlməkdə davam edir və artıq 1993-cü ildən, peyk ölçmələrinin başlandığı vaxtdan etibarən 11 santimetr artıb. Mütəxəssislərin vurğuladığı kimi, bu proseslər əsrlər boyu davam edəcək, okeanın dərin qatlarının temperaturu və turşuluğundakı dəyişikliklər isə minilliklər ərzində geri dönməz səviyyədə olacaq.

ÜMT ilk dəfə olaraq məruzəyə Yer kürəsinin enerji disbalansı göstəricisini, yəni daxil olan günəş enerjisi ilə çıxan istilik şüalanması arasındakı fərqi daxil edib. Bu disbalans müşahidələrin 65 illik dövrü ərzində maksimum səviyyəyə çatıb.

“İnsan fəaliyyəti təbii tarazlığı getdikcə daha çox pozur və biz bu halın nəticələri ilə yüzilliklər və minilliklər boyu yaşamalı olacağıq”, – ÜMT-nin Baş katibi Seleste Saulo vurğulayıb.

2025-ci ildə baş verən ekstremal hava hadisələri – quraqlıqlar, fırtınalar, daşqınlar və meşə yanğınları minlərlə insanın ölümünə, milyonlarla insanın zərər çəkməsinə və milyardlarla iqtisadi itkilərə səbəb olub. Məruzədə həmçinin iqlimlə bağlı ərzaq təhlükəsizliyinin pisləşməsi, miqrasiyanın artması və əhalinin sağlamlıq vəziyyətinin ağırlaşması, o cümlədən denge qızdırmasının yayılması və istilik stresinin artması qeyd olunur.

“Hazırkı müharibələr dövründə iqlim sarsıntıları daha bir həqiqəti üzə çıxarır: fosil yanacaqlardan asılılığımız həm iqlimi, həm də qlobal təhlükəsizliyi sarsıdır. Bu gün dərc olunan məruzə xəbərdarlıq kimi qəbul edilməlidir: iqlim xaosu güclənir və bu problemin həlli üzrə işlərin uzadılması insan həyatı bahasına başa gələ bilər”, – Antonio Quterreş bildirib.

Tarix
2026.03.24 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla