Yuxarı

Yerin sirli peyki: 13 min il öncə yaradılan “Qara cəngavər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yerin sirli peyki: 13 min il öncə yaradılan “Qara cəngavər”

"Qara cəngavər" ("Black Knight") adlı sirli bir cism təqribən 60 ildir ki, Yer kürəsinin orbitində hərəkət edir.

Axar.az xəbər verir ki, 60 ildir Yerin ətrafında fırlanmasına baxmayaraq, sözügedən cismin nə olduğu bəlli deyil. NASA bu cism haqqında ilk dəfə 1954-cü ildə məlumat yayıb. NASA bu zaman Yerin ətrafında olan iki peykdən bəhs edərək Ay və "Qara cəngavər"i nəzərdə tutub. Bu açıqlamadan bir neçə il sonra rus və amerikan kosmik gəmiləri vasitəsilə nəzarət edilən "Qara cəngavər" fotolarla bütün dünyaya tanıdılıb.

Bəzi mənbələrə görə, "Qara cəngavər" peykinin təqribən 13 min yaşı var və 1950-ci ildə kəşf edilməsinə baxmayaraq, çox uzun müddətdir ki, Yerin ətrafında hərəkət edir.

Bu sirli cism haqda ilk tapıntılar 1899-cu ildə Nikola Teslanın apardığı eksperimentlərə əsaslanır. Elm adamı radio dalğalardan istifadə edərək bir eksperiment həyat keçirib və Yerin xaricində təbii cismin mövcudluğu ilə əlaqədar məlumatlar toplamağa başlayıb.

Nikola Tesla bu cismin çox sürətli olduğunu iddia edib. Bəzi məlumatlara görə, "Qara cəngavər" Yerin ətrafında dövrünü bir neçə saatda tamamlayacaq qədər sürətlidir. Bu isə peykin araşdırılmasını çətinləşdirir.

"Qara cəngavər" haqda bir çox kosmik fərziyyələr irəli sürülüb. Bunlardan ən məşhuru isə "Qara cəngavər"in insanları izləyən nəzərət cihazı olması ilə bağlı yayılmış olanıdır.

Başqa bir fərziyyədə isə bu peykin bizdən əvvəl yaşayan insanların əsəri olduğu söylənilir. Peyk yaradacaq qədər uzun yaşayan və inkişaf edən insanlar müharibələrin və fəlakətlərin baş verməsi ilə Yer üzündən siliniblər.

Peyk fotolarda insan fiqurunu xatırladır. Məhz bu səbəbdən də ona "Qara cəngavər" adı verilib.

Tarix
2016.09.06 / 09:18
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Milli Məclisin iclası başaldı

Çexiyadan türk ölkələri ilə bağlı – Plan

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla