Yuxarı

AB ölkələri və Yaponiyadan iki həftəlik atəşkəslə bağlı bəyanat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB ölkələri və Yaponiyadan iki həftəlik atəşkəslə bağlı bəyanat

Avropa Birliyinin, Avropanın bir sıra ölkələrinin, həmçinin Yaponiyanın liderləri ABŞ ilə İran arasında iki həftəlik atəşkəsin əldə olunması ilə bağlı birgə bəyanat yayıblar.

Axar.az xəbər verir ki, birgə bəyanatda ABŞ-la İran arasında atəşkəsin əldə edilməsi alqışlanıb, bu mühüm razılaşmanın əldə olunmasına vasitəçilik etdiyinə görə Pakistana və iştirak edən bütün tərəfdaşlara təşəkkür ifadə edilib.

Liderlər bildiriblər ki, indi əsas məqsəd qarşıdakı günlər ərzində müharibəyə sürətli və davamlı son qoyulması üçün danışıqlar aparmaq olmalıdır. Bu isə yalnız diplomatik vasitələrlə mümkün ola bilər:

“Biz məzmunlu və nəticəyönümlü danışıqlar üzrə sürətli irəliləyişi qətiyyətlə təşviq edirik. Bu, İranın mülki əhalisinin qorunması və regionda təhlükəsizliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır. Bu, ciddi qlobal enerji böhranının qarşısını ala bilər. Biz bu diplomatik səyləri dəstəkləyirik. Bu məqsədlə ABŞ və digər tərəfdaşlarla sıx təmasdayıq. Bütün tərəfləri, o cümlədən Livanda da atəşkəsə riayət etməyə çağırırıq. Hökumətlərimiz Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin olunmasına töhfə verəcək”.

Qeyd edək ki, ABŞ və İran ötən gün iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Tarix
2026.04.09 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla