"Teleqraf" qəzeti ABŞ-ın hazırkı birinci ailəsindən
yazıb.
BBC-nin məlumatına görə, məqalədə deyilir ki,
qaradərili qadınların lüks "Essence" jurnalının üz qabığında
ölkənin birinci cütünün aşiqanə fotosu verilib, jurnalın içində isə
ər-arvadın çox sayda başqa fotoları və məqalə dərc edilib.
Jurnalın bu nömrəsi oktyabr ayında çıxacaq, lakin artıq sosial
mediada bu fotolara münasibət bildirənlərin minlərlə postu
dolaşır.
İstifadəçilərin diqqətini ən çox cəlb edən fotolar prezident və
xanımı arasında dərin sevgini əks etdirənlərdir.
"Mənim Obamalarda ən xoşuma gələn və ən əsas cəhət onların
bir-birinə sevgisidir" - yazır Tvitter istifadəçisi Turner.
Başqa bir istifadəçi Nikole əlavə edir: "Bəli, qara məhəbbət.
Obama məhəbbəti. Qara vücudların məhəbbəti…"
"Teleqraf" yazır ki, xanım Obama Ağ Evdə yaşadığı bütün dövr
ərzində sağlamlıq idmanını təbliğ edib.
Həm də "Variety" jurnalının ötən ay çıxmış nömrəsində Mişel
Obama öz ailəsinin afroamerikalı uşaqlara müsbət təsirindən razı
qaldığını söyləyib. Özünün səkkiz
illik hakimiyyəti barədə danışan Barak Obama isə deyib ki, qoyub
getdiyi irslə fəxr edir.
Cənab Obama deyib ki, o, ailəsi ilə birlikdə Ağ Evdə yaşadığı
anlardan ən çox yay gecələrində qızları ilə yaşıl çəmənlikdə
gəzməsini və qızmar istidə ailənin iti Bonu gəzdirməsini
xatırlayacaq.