Yuxarı

Mobil telefonlar hansı təkamülü keçdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mobil telefonlar hansı təkamülü keçdi?

Dövrümüzdə İOS, android və vindovs kimi proqram təminatı ilə işləyən smart telefonlardan istifadə edirik. Bəs keçmişdə cib telefonları bizə nələri təqdim edirdi?

Axar.az müasir mobil telefonlarla keçmişin telefonları arasındakı fərq haqda məlumatı təqdim edir.

Cib telefonları dövrü 1983-cü ildə "Motorola"nın təkmilləşdirdiyi "DynaTAC" ilə başlayıb. O telefonun ağırlığı 739 qram idi və kərpicə bənzəyirdi. Bu gün mobil telefonların batereyası bir gün belə davam etmir. Əvvəllər isə cib telefonlarının batareyası bir həftə enerji saxlaya bilirdi. Ən yaxşı oyun "Sneyk", yəni "İlan" oyunu idi. Bu gün "Pokemon Qo", "Qəzəbli quş", "Qəbilələrin döyüşü" və bu kimi onlarla məşhur oyun var.

Əvvəllər bütün mobil telefonlar bir-birindən kəskin şəkildə fərqlənirdi. Bu günün smartfonlarının çoxlu müsbət xüsusiyyətləri var. Lakin etiraf edək ki, indi bütün smartfonlar bir-birinə bənzəyir. Əvvəllər isə "Motorola", "Nokia", "Samsunq" və digər telefonlar çox fərqli dzaynda olurdu. "Nokia N-Gage", 6800, "Motorola V20" bunun ən gözəl nümunələrindəndir.

Sensor ekranlı mobil telefonları ilk vaxtlar idarə eləmək çox çətin idi. Ona görə də heç kim yeni model telefonlardan istəmirdi. Təbii ki, o dövrün sensor telefonları təkmilləşmiş, müasir smartfonlardan çox fərqlənirdi.

Bu gün smartfonlarımızı bacardığımız qədər qoruyuruq. Qəfil yerə düşən zaman sınmasın deyə şüşə ekran və qılaflardan istifadə edirik. Əvvəllər isə bu kimi şeylərə ehtiyac yox idi. Nokia-3310 yerə düşsə, yer qırılırdı. Çox sərt yerə düşən telefonun uzağı klaviaturası, batareyası çıxırdı ki, onları da yerdən götürüb yenidən birləşdirmək mümkün idi. Bundan sonra heç nə olmamış kimi istifadə edə bilirdik.

Bu gün "Samsunq" və "Əpl" dövrümüzün lider brendlərdir. Əvvəllər isə bir ad var idi – "Nokia". "Nokia"nın 3310, 1100, 8210 və bir çox başqa modelləri insanların əsas seçimləri idi. "Nokia"dan sonrakı pillərdə isə "Motorola" və "Soni Eriksson" brendləri qərarlaşırdı.

Tarix
2016.09.14 / 01:38
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla