Yuxarı

Vatsapın yaradıcısı istifadəçiləri aldadıb - Durov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vatsapın yaradıcısı istifadəçiləri aldadıb - Durov

Teleqramın yaradıcısı Pavel Durov öz kanalında Vatsapdakı şifrələmənin "nəhəng bir yalan" olduğunu yazıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, biznesmen bu fikri Texas ştatının Vatsapı istifadəçilərin məlumatlarının məxfiliyi ilə bağlı aldatdığı üçün məhkəməyə verməsi xəbərinə münasibət bildirərkən qeyd edib.

"İndi Vatsapın yaradıcısının “istifadəçilərimin məxfiliyini satıram” dedikdə nəyi nəzərdə tutduğunu başa düşürük", - deyə Durov bildirib və istifadəçiləri Teleqrama keçməyə çağırıb.

Daha əvvəl Texasın Baş prokuroru Ken Pakston ştatın "Meta" şirkətini və Vatsapı yazışmaların şifrələnməsi ilə bağlı istifadəçiləri aldatdıqları üçün məhkəməyə verdiyini açıqlayıb. İddiaya görə, şirkətlər müştərilərə mesajlarının tam şifrələndiyinə dair yalan vəd veriblər, halbuki əslində messencerdəki demək olar ki, bütün şəxsi yazışmalara çıxışları var.

Pakston vurğulayıb ki, Vatsap təhlükəsiz və qapalı messencer kimi reklam olunsa da, bu vədləri yerinə yetirmir.

Tarix
2026.05.23 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla