Yuxarı

Şok işğal açıqlaması: Türkiyəyə 10 min piyada girəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ yaxın müddətdə Türkiyədə növbəti dəfə dövlət çevrilişinə cəhd edəcək.

Axar.az xəbər verir ki, bu sözləri pensiyada olan polkovnik Həsən Atilla deyib.

"ABŞ-ın dəstək verdiyi qiyamçılar geri çəkilməyə məcbur oldu. Terrorçulara qarşı aparılan intensiv əməliyyata baxmayaraq, təhlükə hələ də keçməyib. Növbəti çevrilişə hazır olun, çox yaxın zamanda baş verə bilər. Bu, dəqiq məlumatdır. İkinci çevriliş daha qanlı, şiddətli olacaq. Mən sizin vasitənizlə Türkiyəni xəbərdar edirəm. Belə düşünürlər ki, artıq Türkiyə relsinə oturdu, daha bir şey baş verməyəcək. Amerika da daha nəsə gözləmir. FETÖ səssiz qalacaq, PKK daha heç bir şey edə bilməyəcək, onların belini qırdıq. Belə düşünmək bizləri tamamilə uğursuzluğa aparır. Parçalanırıq", - Atilla qeyd edib.

Atilla Kiprdə olan 10 min dəniz piyadasının Türkiyəyə girmə təhlükəsinin yaşandığını vurğulayıb:

"3-4 gün əvvəl İngiltərənin "Deyli Ekspress" qəzeti bir xəbər dərc edib. Deyir ki, Türkiyədə ikinci xaos olacaq. Bizim Kiprdə yerləşən 10 min dəniz piyadası Türkiyədə olan 50 min ingilisin təhlükəsizliyi üçün Türkiyəyə girəcək, Türkiyədə etibarlı bölgələr yaradacağıq. Vətəndaşlarımızı hava yolu ilə azad edəcəyik. Baxın, bu bir işğal planıdır. Burada əsas məqsəd işğaldır".

Tarix
2016.09.25 / 15:03
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla