Yuxarı

ABŞ-dan əməliyyat: bu ölkəyə 2 min əsgər göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan əməliyyat: bu ölkəyə 2 min əsgər göndərdi

ABŞ Müdafiə Nazirliyi Venesuelada baş verən zəlzələlərdən zərər çəkənlərə yardım göstərmək üçün təxminən 2 min hərbçini səfərbər edib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri, general Frensis Donovan məlumat verib.

“Hazırda ABŞ Müdafiə Nazirliyinin Venesuela ətrafında – quruda, havada və dənizdə – təxminən 2 min əməkdaşı fəaliyyət göstərir. Onlar hər gün yorulmadan axtarış-xilasetmə əməliyyatlarına dəstək verir, həmçinin zəruri humanitar yüklərin çatdırılmasını təmin edirlər”, – deyə o bildirib.

General vurğulayıb ki, ABŞ hərbçiləri iş tam başa çatana qədər Venesuelaya yardım göstərməyə davam edəcəklər.

Venesuela hakimiyyətinin son məlumatına görə, iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində 2295 nəfər həyatını itirib, 11,2 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Dağıntılar altından 6461 nəfər sağ çıxarılıb. Hazırda təxminən 30 min zərərçəkən müvəqqəti sığınacaqlarda qalır.

Tarix
2026.07.02 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla