Yuxarı

Ukraynanın ABŞ-dakı səfiri istefa verir - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın ABŞ-dakı səfiri istefa verir - Səbəb

Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina Kiyevdə yerləşən mənzili ilə bağlı yaranmış problemlər səbəbindən istefa verəcək.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Onun barəsində ailəsinin Kiyevdə bazar qiymətindən xeyli aşağı məbləğə mənzil alması faktı üzrə istintaq aparılır. Ukrayna istintaq orqanlarının iddiasına görə, mənzil bazar dəyərindən əhəmiyyətli dərəcədə ucuz qiymətə əldə edilib”, - məlumatda deyilib.

Qeyd olunub ki, Olqa Stefanişina ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Bundan əvvəl Stefanişina öz istəyi ilə vəzifəsindən ayrılması barədə ərizə təqdim edib. Ukrayna Prezidenti Vladimir Zelenski onun istefa ərizəsini qəbul edib. Diplomat barəsində Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən rəsmi şübhəli şəxs qismində ittiham irəli sürülə bilər.

Ukraynanın ABŞ-dakı yeni səfiri postuna baş nazir vəzifəsindən ayrılan Yuliya Sviridenkonun təyin olunacağı gözlənilir.

Tarix
2026.07.13 / 13:10
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla