Yuxarı

Türkiyə S-400-ləri BƏƏ-yə satıb? – Akar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə S-400-ləri BƏƏ-yə satıb? – Akar

Biz "S-400-lər BƏƏ-yə gedir" demədik və demirik. Bu məsələnin bir an əvvəl həlli üçün, bir an öncə yoluna qoyulması üçün razılıq əldə olunduğunu, yaxın zamanlarda bəzi razılaşmaların əldə oluna biləcəyi barədə müzakirələrin aparıldığını bildiririk. Onların (BƏƏ – red.) artıq bu məsələ ilə bağlı öz kanalları vasitəsilə məlumatları var. Bu məlumatlara əsasən bizə pozitiv cavablar verdilər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar deyib.

"S-400 məsələsi bir şəkildə həll olunacaq. Bu məsələ ilə bağlı bəzi irəliləyişlər gözləyirik, ümid edirik və arzulayırıq. Bunun baş verməsi ehtimalı da böyükdür. Nəticədə, S-400 məsələsini əhəmiyyətli və müsbət irəliləyişlərə səbəb olacaq bir məsələ kimi xarakterizə edirik. F-35 proqramının dayandırılmasının səbəbi də S-400 idi. Bu aradan qaldırıldıqdan sonra F-35 proqramı birbaşa başlayacaq. Əslində, F-35 ilə bağlı əlimiz çox güclüdür. Biz bunu bir şəkildə həll edəcəyik”, - H.Akar əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi S-400-lərin Fars körfəzi ölkələrinə göndəriləcəyi ilə bağlı iddia səsləndirmişdi.

Tarix
2026.07.18 / 10:02
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla