MHP Azərbaycanı təbrik etdi
12:42
| Ana səhifə Planet |
|
Rusiya heç vaxt Ukrayna böhranının siyasi və diplomatik həllindən imtina etməyib və əvvəlki kimi ona hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Öz tərəfimizdən, biz Ukrayna böhranının siyasi və diplomatik həllinə hazır olduğumuzu təsdiqləyirik, biz bundan heç vaxt imtina etməmişik - o cümlədən Alyaskada əldə edilən qarşılıqlı anlaşmalar əsasında”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiya Ukraynadakı münaqişənin diplomatik həlli üçün yeni təklifləri və ideyaları nəzərdən keçirməyə də hazırdır:
“Mümkün müzakirələrə, yeni təkliflər və ideyaları nəzərdən keçirməyə hazır olduğumuzu yenidən təsdiqləyirik. Bundan heç kim imtina etməyib”.
|
Tarix
2026.07.27 / 20:34
|
Müəllif
Axar.az
|