Yuxarı

HƏMAS Qəzza ilə bağlı razılaşdı: Bütün bəndlər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
HƏMAS Qəzza ilə bağlı razılaşdı: Bütün bəndlər...

HƏMAS hərəkatı və Fələstinin digər qruplaşmaları Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılaşmanın bütün bəndlərini qəbul ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Məlumata görə, razılaşma Sülh Şurası tərəfindən təqdim olunan Qəzza planı çərçivəsində əldə olunub. Sənədin rəsmi açıqlanması İsrail tərəfinin HƏMAS tərəfindən qəbul edilən şərtləri təsdiqləməsindən sonra gözlənilir.

Bildirilib ki, razılaşmaya əsasən, HƏMAS silahlarını, o cümlədən ağır silahları Qəzzanın idarə olunmasını təmin edəcək Fələstin komitəsinə təhvil verməlidir. Silahların inventarlaşdırılması və saxlanması beynəlxalq komitənin nəzarəti altında həyata keçiriləcək.

HƏMAS həmçinin silahların təhvil verilməsi prosesinin İsrail qoşunlarının çıxarılması ilə əlaqələndirilməsinə və bu proses üçün ən azı 14 günlük müddətin müəyyənləşdirilməsinə razılıq verib.

Tarix
2026.07.31 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla