Yuxarı

32 ölkə İranla bağlı bəyanat yaydı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
32 ölkə İranla bağlı bəyanat yaydı

Dünyanın 32 ölkəsi və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas birgə bəyanat yayaraq İranda icra edilən edam cəzalarını kəskin pisləyiblər.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, sənəd Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Sənədi Kanada, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, Almaniya, Fransa, İspaniya, İtaliya və digər Avropa ölkələri daxil olmaqla, ümumilikdə 32 dövlət imzalayıb.

Beynəlxalq birlik Tehran rəhbərliyini ölüm cəzasının tətbiqini dayandırmağa və qanunsuz saxlanılan bütün şəxsləri dərhal azad etməyə çağırıb:

“Fərqli düşüncəni boğmaq, icmaları qorxutmaq və insan hüquqlarını həyata keçirən şəxsləri cəzalandırmaq üçün ölüm cəzasının tətbiq edilməsinə heç vaxt bəraət qazandırıla bilməz. İran xalqı öz söz azadlığı və dinc toplaşmaq hüquqlarını heç bir qorxu olmadan, sərbəst şəkildə həyata keçirə bilməlidir”.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra İranda edamların sayı kəskin artıb. Təşkilatın statistikasına əsasən, martın 19-dan bəri ölkədə milli təhlükəsizliyə təhdid ittihamı ilə azı 56 nəfər edam edilib ki, onların da 27-si yanvar etirazlarında iştirak edənlər olub. Hazırda 100-dən çox şəxs oxşar ittihamlarla edam hökmünü gözləyir.

Tarix
2026.08.13 / 01:23
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla