Yuxarı

4 gün öncə aldığı 8 milyonluq yaxtası batdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 gün öncə aldığı 8 milyonluq yaxtası batdı - Foto

İtaliyanın Sardiniya adası sahillərində 30 metr uzunluğundakı "Angiola II" yaxtası dənizin dibinə qərq olub.

Axar.az milli.az-a istinadla xəbər verir ki, hadisəyə yaxtanın mühərrikində yaranan nasazlıq səbəb olub. Nasazlıq nəticəsində yanğın baş verib və gəminin içərisinə su dolmağa başlayıb.

Məlumata görə, dəyəri 8 milyon avrodan çox olan yaxtanı italiyalı sahibkar hadisədən cəmi dörd gün əvvəl satın alıb.

Qəza baş verən zaman "Angiola II"də 14 nəfər olub. Onların hamısı vaxtında gəmini tərk edərək xilas olunub. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.

Hazırda yaxtanın Kosta-Smeralda sahilləri yaxınlığında, təxminən 7 metr dərinlikdə yerləşdiyi qeyd olunur. Səlahiyyətli qurumlar gəminin sudan çıxarılması üçün hazırlıq işləri aparırlar.

Tarix
2026.08.13 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla