Yuxarı

Seutaya keçmək istəyən 111 nəfər saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seutaya keçmək istəyən 111 nəfər saxlanıldı

Mərakeş polisi İspaniyanın Seuta şəhərinə keçmək istəyən 111 miqrantı saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan 109-u Afrika ölkələrinin, 2-si isə Mərakeş vətəndaşıdır. Onlar Fnidek şəhərində saxlanılaraq, aidiyyəti orqanlara təhvil veriliblər.

Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant dəniz yolu ilə, eləcə də Seutanı Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək muxtar şəhərə çatmağa nail olub.

İspaniya tərəfinin məlumatına görə, son günlər Seuta sərhədini keçən miqrantların sayı təxminən 72 min nəfər olub. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə isə, sərhədi qanunsuz keçməyə cəhd edənlərin faktiki sayı Seuta istiqamətində təxminən 40 min, Melilya istiqamətində isə 1135 nəfər təşkil edib.

Mərakeş Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Seuta ilə sərhədi keçərkən 11 nəfər həyatını itirib. İspaniya hökuməti isə bu rəqəmin azı 72 olduğunu bildirir.

Tarix
2026.08.16 / 00:57
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla